Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
10.04.2025 - 15:42
Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?

Azərbaycan millisinin və “Neftçi”nin qolkiperi Rza Cəfərovun mövsümün sonunda legioner həyatı yaşaya biləcəyi haqda xəbər vermişdik.

Apasport.az saytına verilən məlumata görə, Polşa yüksək liqasında yarışan “Rakov” Rzanı heyətinə qatmaqda maraqlıdır. Hətta Polşa klubunun skautları bununla bağlı futbolçunun özünə müraciət ediblər. 

Aldığımız məlumata görə, Rzanın özü də ölkə xaricinə yollanmağa, legioner həyatı yaşamağa isti baxdığı üçün “Rakov”un təklifini qəbul etmək istəyir.

Ancaq Polşa təmsilçisi bununla bağlı “Neftçi” ilə kontakta keçməyib.

Mövsüm başa çatdıqdan sonra Cəfərovun Polşaya yollanıb-yollanmayacağına konkretlik gələcək.

21 yaşlı qapıçının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 1-dən əsas komandada çıxış edir.