Rza Cəfərov Avropa klublarının hədəfində - EKSKLÜZİV
08.04.2025 - 09:56
“Neftçi”də azarkeşləri kədərləndirən ayrılıq yaşana bilər.
Belə ki, komandanın qapıçısı Rza Cəfərov Avropa klublarının diqqətini çəkib.
Apasport.az saytına verilən məlumata görə, 21 yaşlı qolkiperlə yaxından maraqlanan klublar əsasən Polşadandır.
Ekstraklassa təmsilçiləri yayda Rza uğrunda mübarizə aparacaq.
Milli komandamızın da üzvü olan Rzanın ölkə xaricinə yollanıb-yollanmayacağı mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.
Qeyd edək ki, o, 2021-ci ildən “Neftçi”nin əsas komandasında çıxış edir.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
2
0