Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda ölkəmiz 9 çəki dərəcəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı – 221 kişi və 153 qadın mübarizə aparacaq.
Oktyabrın 29-dan 31-dək keçiriləcək yarışın ilk günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Görüşlər “Judo TV” və “CBC Sport” kanallarında canlı yayımlanacaq.
Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri belədir:
Qadınlar
-48 kq, 1/8 final: Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)
-52 kq, 1/16 final: Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)
-70 kq, 1/16 final: Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)
+78 kq, 1/8 final: Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)
Kişilər
-60 kq, 1/8 final: Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi
-66 kq, 1/16 final: Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)
-66 kq, 1/8 final: Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi
-73 kq, 1/16 final: Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi
-73 kq: Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi
-90 kq, 1/16 final: Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)
+100 kq, 1/8 final: Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi
+100 kq: Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi