İngiltərə Liqa Kubokunda IV təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Liverpul” öz meydanında “Çelsi” ilə qarşılaşıb.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında mersisaydlılar 6:5 hesabı ilə qalib gəlib.
“Mançester Siti” doğma meydanda “Brayton”la 2:2 hesablı heç-heçə edib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Mançester təmsilçisi növbəti mərhələyə yüksəlib.
“Bornmut” “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib. “Kristal Pelas” səfərdə “Fulhem”ə 1:0 hesabı ilə qalib gəlib.
“Sanderlend” isə “Brentford”la görüşdə 3:2 hesablı qələbə qazanıb.