“Sabah” beynəlxalq turnirin qalibi olub
26.10.2025 - 22:12
“Sabah” beynəlxalq turnirin qalibi olub

Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirdə uğurla çıxış edib.

Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub. 

Antalya Friendship Cup 

Yarımfinal

Sabah (Azərbaycan) - Margiris (Litva) 1:0 
Qol: Cavidan Ağayev. 

Final

Sabah (Azərbaycan) - Yunayted Yekaterinburq (Rusiya) 3:0 
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.