"Sabah" legionerlərini göndərir
31.01.2024 - 12:41
"Sabah" legionerlərini göndərir

“Sabah” yayda legionerlərindən bəzilərini göndərəcək.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi zədə səbəbindən komandaya bu mövsüm kömək edə bilməyən Kristian Sebalyosa ehtiyac duymayacaq.

Onun mövsümün sonunda müddəti başa çatacaq müqaviləsi artırılmayacaq və 31 yaşlı futbolçuya yeni müqavilə təklif edilməyəcək.

2021-ci ildən “Sabah”da çıxış edən ispaniyalı futbolçu bura “Qatar”dən keçib.

Azərbaycana gələnə qədər isə Sebalyos “Tottenhem”, “Aroka”, “Çarlton”, “Sent-Trüden”, “Əl-Vakra” klublarında oynayıb.

0