“Sabah” - “Petrokub” oyununa satılan biletlərin sayı açıqlanıb
                    
                    30.07.2025 - 12:13
                        
                     
                    “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Petrokub”la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb.
Apasport.az xəbər verir ki, 5000 bilet sahibini tapıb.
Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            