UEFA Konfrans Liqasında “Sabah”ın rəqibi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, komandamız turnirin II təsnifat mərhələsində RFS-lə üz-üzə gələcək.
Liqanın I təsnifat mərhələsində Makedoniyada “Makedonia GP” klubuna 1:0 hesabı ilə qalib gələn Latviya təmsilçisi öz meydanında da uğur qazanıb. RFS-in heyətində Kuadio dubl edərək, qələbədə böyük pay sahibi olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, RFS – “Sabah” ilk matçı iyulun 27-də Latviyada keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu
RFS (Latviya) – “Makedonia GP” (Şimali Makedoniya) – 4:1
Qollar: Kuadio, 43; 58. Paniç, 68. Zelenkovs, 86 – Stoykoski, 50.
İlk oyun – 1:0
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB