“Sabah” - “Selye” matçının biletləri satışa çıxarılıb
23.06.2025 - 21:08
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Selye" (Sloveniya) qarşılaşmasının biletləri artıq satışdadır.
Apasport.az xəbər verir ki, “Sabah”ın Avropa Liqasının cari mövsümündə ilk oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.
Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
0
0