“Sabah”da növbəti ayrılıq - RƏSMİ
17.06.2025 - 18:48
“Sabah”da növbəti ayrılıq - RƏSMİ

Misli Premyer Liqası təmsilçilərindən "Sabah"da növbəti ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komanda Con İrasabal ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, Bakı təmsilçisinin heyətində 98 rəsmi oyunda iştirak edib və 6 qolla yadda qalıb.