“Sabah”dan 25-ci böyükhesablı qələbə
07.09.2026 - 11:24
“Sabah”dan 25-ci böyükhesablı qələbə

“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yubiley qələbə Misli Premyer Liqasının IV turuna təsadüf edib. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda “Zirə”ni 5:0 hesabı ilə məğlub edib.

Bakı təmsilçisi bununla da evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə rəqibini üç və ya daha çox top fərqi ilə üstələyib.

“Sabah” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən azı 25 böyükhesablı qələbə qazanan 11-ci komanda olub.

Qeyd edək ki, Bakı klubu tarixində ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb – 3:0.