"Sabah"dan Berdiyevlə bağlı iddialara münasibət
03.02.2024 - 13:15
"Sabah"dan Berdiyevlə bağlı iddialara münasibət

Murad Musayevin "Sabah"ın baş məşqçi postunu tərk etdikdən sonra Qurban Berdiyevin adı Masazır təmsilçisi ilə hallanırdı. 

Apasport.az xəbər verir ki, klub rusiyalı mütəxəssisin mümkün dəvəti ilə bağlı xəbərə münasibət bildirib.

“Bildiyiniz kimi, Murad Oleqoviç Musayev komandanı bu yaxınlarda tərk etdi. Hazırda Berdiyevin baş məşqçi təyin edilməsi variantı yoxdur”, - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, Berdiyev hazırda işsizdir. Bu ayın əvvəlində 71 yaşlı mütəxəssis Mahaçqala "Dinamo"sunun çalışdırıcısı postunu tərk edib.

 

0