"Sabah"dan əzmkar qələbə - YENİLƏNİB
27.01.2024 - 20:01
"Sabah"dan əzmkar qələbə - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir. 

Apasport.az xəbər verir ki, bu gün saat 17:30-da "Zirə" "Sabah"ı qəbul edib. 

Rəşad Sadıqovun yetirmələri ikinci yerdə möhkəmlənmək üçün mübarizə aparırdı. Masazır təmsilçisi azlıqda qalmasına baxmayaraq, 99-cu dəqiqədə penaltidən vurduğu qolla vacib 3 xal qazanıb. Belədə, 6-cı pilləyə yüksəlib.  

17:30. “Zirə” – “Sabah” 0:1


Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

 

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma

"Sabah": 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita

0