“Sabah”ı avrokuboklara aparan qələbə - VİDEO
25.05.2024 - 22:51
Misli Premyer Liqasının sonuncu turunda "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib.
Apasport.az xəbər verir ki, görüşün 87-ci dəqiqəsində "Sabah"ın futbolçusu Namiq Ələsgərovun vurduğu qoldan sonda matçda insident yaşanıb. Rəqib futbolçular arasında yaranan mübahisə, əlbayaxa davaya səbəb olub. Oyunun hakimi "Sabah"dan 2, "Neftçi"dən 1 futbolçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma "ağ-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə yekublaşıb və beləliklə Bakı təmsilçisi mövsümü titulsuz başa vurub.
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
- Millimiz Çexiyaya böyük hesabla məğlub olub
- “Neftçi” Kazbek Tuayevi təbrik edib - FOTO
0
0