“Sabah”ın avrokuboklardakı rəqibi müəyyənləşdi
17.06.2025 - 17:08
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Bakı klubu ilk təsnifat mərhələsində Sloveniyanın "Selye" komandası ilə qarşılaşacaq.
İlk matç Bakıda keçiriləcək. Cavab görüşü Sloveniyada baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-da, cavab matçları isə 17-də keçiriləcək.
- Qəzənfər Abbasov: “Xankəndi” ilə şanslarımız bərabərdir”
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
0
0