"Sabah"ın hücumçusu Batumidəki darmadağında iştirak etdi
26.03.2023 - 01:07
"Sabah"ın hücumçusu Batumidəki darmadağında iştirak etdi

Gürcüstan millisi Monqolustanla yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, Batumidəki matçda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

“Sabah”ın hücumçusu David Volkovi Gürcüstan yığmasının start heyətində meydana çıxıb. 27 yaşlı forvard bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. 15-ci dəqiqədə hesabı açan Volkov 58-də Georgi Çakvetadzenin fərqlənməsinə şərait yaradıb. O, 71 dəqiqə meydanda olub.

0