“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”ın hədəfində
09.08.2023 - 17:36
“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”ın hədəfində

“Araz Naxçıvan" daha bir legionerlə danışıq aparır. 

Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi "Kolos"un forvardı Lukas Rangellə maraqlanır. 

Ölkəmizdə “Sabah”ın formasını geyinmiş legioner yenidən Azərbaycana qayıda bilər. Premyer Liqa təmsilçisi braziliyalını icarəyə götürmək niyyətindədir. 

Qeyd edək ki, Rangel “Sabah"dan sonra "Vorskla" və "Riqa"da da forma geyinib.
 

0