“Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub
24.04.2025 - 10:33

“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.
Apasport.az "Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub.
Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.
“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.
Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
0
0