Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...
05.02.2024 - 17:06
Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...

"Barselona"nın sabiq ulduzu Dani Alveş həbs oluna bilər.

Apasport.az "Relevo"ya istinadla xəbər verir ki, 40 yaşlı braziliyalı gecə klubunda əylənərkən qıza hücum etməkdə ittiham olunub.

Mətbuata görə, ulduz futbolçuya 9 ildən 12 ilədək həbs cəzası verilə bilər. Məhkəmə zərərçəkənə pul təzminatının ödənilməsini tələb edib.

Qeyd edək ki, Alveş karyerası ərzində "Sevilya", "Barselona", "Yuventus", "PSJ", eləcə də Braziliya klublarında çıxış edib.

0