Sabiq "Neftçi"li yenə istefaya göndərildi
18.03.2025 - 13:04

Rumıniyanın “Petrolul” klubu baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Adrian Mutu 31 dekabr 2024-cü ildən etibarən Rumıniya təmsilçisini çalışdırırdı.
“Petrolul” hazırda çempionatda 20 xalla 10-cu sıradadır.
Qeyd edək ki, Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”yə rəhbərlik edib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0