Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək
17.04.2025 - 13:53
“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu karyerasını doğma ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, 35 yaşlı forvard Cənubi Afrikanın I Liqa təmsilçisi “Marmo Qallants”la anlaşma əldə edib.
Xatırladaq ki, Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarına qədər “Qarabağ”ın heyətində çıxış edib. O, Ağdam klubunda 54 rəsmi oyuna çıxıb, 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0