Azərbaycanın yeniyetmə qılıncoynadanları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, oğlanlardan ibarət sablya millimiz 18 komanda arasında ikinci yerin sahibi kimi gümüş medal qazanıb.
Komandamız ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gələrək ən güclü “səkkizliy”ə vəsiqə qazanıb. Millimiz finala gedən yolda Türkiyənin üçüncü komandasını 45:44, Gürcüstanla Fransa sablyaçılardan ibarət yığmanı 45:38 hesabı ilə məğlub edib.
Bununla da qılıncoynadanlarımız finala yüksəlib. Həlledici görüşdə Türkiyə millisinə 30:45 hesabı ilə uduzub.
Qız sablyaçılardan ibarət birinci komandamız Türkiyə yığmaları ilə üz-üzə gəlib. Qardaş ölkənin beşinci komandasına 45:21 hesabı ilə qalib gələn millimiz Türkiyənin ikinci yığmasına 44:45 hesabı ilə uduzub.
Qız sablyaçılardan ibarət digər komandamız isə ilk görüşdə Böyük Britaniya yığmasına 21:45 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qızların yarışında Böyük Britaniya çempionluq sevinci yaşayıb.
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq