Filarmoniya və Abşeron “B” sektoru tribunalarından sonra Sahil tribunasına biletlərin hamısı satılıb.
Bakı Şəhər Halqasından apasport.az-a verilən xəbərə görə, 28-30 aprel tarixlərində paytaxtımızın ev sahibliyi edəcəyi "Formula 1" Azərbaycan Qran Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı sürətlə davam edir. Bununla da Sahil tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi satılıb.
Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ, Meksika daxildir. Bilet alışına görə isə ilk 3-lükdə isə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.
Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – İçərişəhər, Azneft, Muğam, Qız qalası, Xəzər, Bulvar tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək