Şahin Diniyev: "İndiyə kimi hücumda bu qədər fəal oynamırdıq"
30.01.2024 - 17:32
Şahin Diniyev: "İndiyə kimi hücumda bu qədər fəal oynamırdıq"

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları davam edir. 

Apasport.az xəbər verir ki, "Səbail" Zirə oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Şahin Diniyevin iştirakı ilə mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis öncə oyun haqqında fikirlərini bölüşüb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb. 

"Dramatik oyun oldu. Kuboka layiq futbol idi. Hər iki komanda qələbəyə layiq idi. Optimal heyəti tapmaq üçün neçə oyundur çətinlik çəkirdik. Bu gün optimal heyəti tapdıq. Komanda ikinci hissədə yaxşı oynadı. İndiyə kimi hücumda bu qədər fəal oynamırdıq. Stabil heyətin tapılmaması oyunumuza təsir edirdi. Fasilədən sonra hücumda idik. Bəsit qollar buraxırıq. Bu, məni narahat edir. Gələcəyə nikbin baxmağa nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Hələ heç nə bitməyib. Birinci oyun başa çatdı, ikinci Zirədə olacaq. Çalışacağıq ki, əvəzini çıxaq. Onlara çempionatda uğurlar".

-Səfər qolunun ləğvi şansınızı artırır?
-Bəli, vacib idi. Bir qol oyunun taleyini həll edib, uzatmalara apara bilər. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir.

- Sanki komandanın motivasiyası aşağı idi. Bu nə ilə əlaqədar idi?
- Bəzi səhvlər etdim. Amma bu mənim üçün vacib idi. Gələcək oyunlara fokuslanmaq üçün lazım idi. Amma harada səhv etdiyimi deməyəcəm. Bu səhv bizə çox şey qatacaq. Oyunumuzu tapmaq üçün bizə vacib idi. Limit var. Masike və Ketanın performansını ilk dəqiqələrdən görməliydim. Anas Najahı sağ cinaha atdıq. Doğru qərar deyildi. Amma yoxlamalı idik.

0