Şahin Diniyev: "Məqsəd turnir cədvəlində irəliləmək qoyulub"
28.12.2022 - 22:12
Şahin Diniyev: "Məqsəd turnir cədvəlində irəliləmək qoyulub"

"Ağır və məsuliyyətli bir işə girdiyimi bilirəm".

Apasport.az xəbər verir ki, bunu "Səbail"in yeni baş məşqçisi Şahin Diniyev deyib.

O bildirib ki, yeni təyin olunduğundan, hələ çox danışmağa lüzum yoxdur. Lakin məşqçi qarşıya qoyulan məqsəd və komandanın hazırlıq prosesindən danışıb: "Qarşıma məqsəd olaraq turnir cədvəlində alt sıradan qurtulub irəliləmək qoyulub. Yanvarın 3-ü Bakıda yığışıb Antalyaya yollanacağıq. Orada yanvarın 18-dək məşq keçəcəyik".

Diniyevin sözlərinə görə, onun komandadakı köməkçiləri yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Şahin Diniyevlə növbəti mövsümün sonunadək müqavilə bağlanılıb.

Səbuhi Musa

0