Şahin Diniyev: "Səbail" avrokuboklarda oynamağa layiq komandadır"
12.05.2024 - 22:22
Şahin Diniyev: "Səbail" avrokuboklarda oynamağa layiq komandadır"

"Səbail" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ulduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.

- Mövsümün əvvəlində yığdığınız sürətisona qədər çatdıra bilmədizSəbəb nədir?

- Yeni heyətin olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdır. 8 ayda bunları etmək çox çətindir. Biz 6-lıq üçün oynayırdıq. Amma gələn il üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq. 

Yeni mövsümlə bağlı rəhbərliklədanışığınız olub?

- Yox, hələ ki olmayıb. Problemlərin həllini düşünmək lazımdır.

- Bu mövsüm "Sumqayıt"a dörd oyununhamısında uduzmusuz...

- Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadır.

0