FIDE-nin təsis etdiyi Şahmat Akademiyası dünya ölkələrindən seçilən istedadlı uşaqlar üçün xüsusi təlim keçirib.
Apasport.az xəbər verir ki, bu ilin yanvar ayından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb edilib.
Onlayn dərslərin yekununa əsasən, xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştirak üçün İspaniyanın Menorka şəhərinə dəvət olunub. Azərbaycan təmsilçisi Xaqan Əhməd seçilən 13 şahmatçıların arasında bir həftəlik əyani məşqlərə qatılıb.
Şahmatçımız İspaniyada Hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüb.
Məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi, zəif məqamların tapılması, hücum, müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Məşq zamanı şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.
Qeyd edək ki, FIDE Şahmat Akademiyası – Beynəlxalq Şahmat Federasiyası və Chessable platforması tərəfindən təsis edilib. 2021-ci ildən fəaliyyət göstərən akademiyaya 100-dən çox federasiyanın şahmatçıları cəlb olunub. Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Qukeş Domaracu və ötən il yeniyetmələr arasında dünya çempionu olan Kandela Belen akademiyanın tələbələrindən olub.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib