Şahruddinin komandası yenə qələbə qazana bilmədi
25.02.2024 - 22:52
Şahruddinin komandası yenə qələbə qazana bilmədi

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "Adana Dəmirspor" "Trabzonspor"un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0. Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu komandanın qələbəsiz seriyası 10-a yüksəlib.

Qeyd edək ki, 32 xal toplayan “Adana Dəmirspor” 12-ci pillədə qərarlaşıb.

0