Saldanya: "Vurduğum qollardan sonra özümə inanıram" - MÜSAHİBƏ
24.02.2023 - 12:31
Saldanya: "Vurduğum qollardan sonra özümə inanıram" - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Mateus Saldanya klubun televiziyasına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı braziliyalı hücumçu “ağ-qaralar”ın bugünkü açıq məşqi zamanı Misli Premyer Liqasının XXIV turunun “Qarabağ”la oyunu barədə fikirlərini açıqlayıb.

- Oyuna hazırlıq necə gedir?
- Həftəboyu üzərimizdə yaxşı çalışırıq. "Qarabağ"la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq komandaya xeyirli olacam. Çalışacağıq ki, qələbə qazanaq.

- Dörd oyunda iki qol vurmusan. "Qarabağ"la derbi oyununda fərqlənəcəyinə inanırsan?
- Əlbəttə ki, özüməinamım var. Vurduğum qollardan sonra özümə inanıram. Ümid edirəm ki, "Qarabağ"la oyunda da qol vuraram. O da alınmasa, ən azından assist edib komandaya xeyirli oyunçu olaram.

- "Qarabağ"ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqları olduğunu özün üçün müəyyən etmisən?
- "Qarabağ"ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. Özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

Qeyd edək ki, fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi” matçı “Azərsun Arena”da baş tutacaq.

0