Salih Uçan: “Mərhələ adlamaq arzusundayıq”
09.08.2023 - 20:29
Salih Uçan: “Mərhələ adlamaq arzusundayıq”

“Rəqibə yuxarıdan aşağı baxmırıq. Bu barədə düşünmək düzgün deyil”.

Apasport.az-ın məlumatına görə, bunu “Beşiktaş”ın yarımmüdafiəçisi Salih Uçan deyib.

Avropa Konfrans Liqasında sabah Bakıda “Neftçi” ilə qarşılaşacaq “qara qartallar”ın üzvü turnirin qrup mərhələsində oynamaq arzusunu gizlətməyib: O, addım-addım məqsədə çatmağa çalışacaqlarını bildirib: “"Tirana"ya qarşı yaxşı çıxış etdik. İndi "Neftçi" ilə səfərdə oynayacağıq. Yaxşı nəticə qazanaraq, mərhələ adlamaq arzusundayıq. Hədəfimiz "Beşiktaş"ın layiq olduğu yerə yüksəltməkdir. Məqsədimiz qruplara qalmaq və qrupdan çıxmaqdır. Addım-addım uğura getmək istəyirik”.

Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” oyunu sabah 21:00-da start götürəcək.
 

0