“Şamaxı” – “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal dəyişdirilib
15.05.2025 - 15:36
“Şamaxı” – “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal dəyişdirilib

Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu "İdman TV" vasitəsilə canlı yayımlanacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" klubu məlumat yayıb.

Bildirilib ki, PFL bu görüşün yayım hüququnu "İdman TV"-yə verib. Mayın 17-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

"CBC Sport" həmin gün eyni saatda start götürəcək "Zirə" - "Sabah" və "Sumqayıt" – "Turan Tovuz" oyunlarını canlı yayımlayacaq. Bu səbəbdən “Şamaxı” – “Araz-Naxçıvan” matçı İdman TV-də nümayiş olunacaq.