“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
05.06.2025 - 20:52
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ

"Şamaxı"da daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Murad Vəliyevlə yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. 

Xatırladaq ki, “Şamaxı”nın aparıcı futbolçularından Brahim Konate və Leroy Mikels də komandadan ayrılıb.