"Şamaxı" gözləniləni etmədi - TAM FƏRQLİ STRATEGİYA
06.05.2025 - 18:20
"Şamaxı" gözləniləni etmədi - TAM FƏRQLİ STRATEGİYA

“Şamaxı” yay transfer hazırlıqlarına start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub heyətdə olan legionerlərin bir çoxunu komandada saxlamaq niyyətindədir.

Daha öncə Rikardo Fernandesi heyətdə saxlamağı bacaran bölgə təmsilçisi Brahim Konate və Leroy Mikelsə də yeni müqavilə təklif edib. 

Konatenin komandada qalmaq ehtimalının yüksək olmadığı bildirilir. Buna səbəb isə fransalı yarımmüdafiəçinin bir neçə klubdan təkliflərinin olmasıdır. “Neftçi”nin də yaxından maraqlandığı Brahimin hansı qərarı verəcəyi hələ ki, dəqiqləşməyib.

“Şamaxı”nın heyətdə saxlayacağı digər futbolçular isə Andrey Tirkoveanu və Vladislav Veremyeyevdir. Belə ki, Premyer Liqa klubu hər iki oyunçunun müqavilə müddətini artırmağı planlaşdırır.

Qeyd edək ki, hər iki futbolçunun sözləşməsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir.