"Şamaxı" millini məğlub edib
17.01.2026 - 19:08
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-21 son matçında Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubu ilə qarşılaşıb.
"Liv Bona Dea Arena"da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
0
0