"Şamaxı" Premyer Liqanın bir addımlığında - YENİLƏNİB
16.05.2024 - 19:06
"Şamaxı" Premyer Liqanın bir addımlığında - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan I Liqasında cari mövsümün çempionu böyük ehtimalla bəlli olub. 

Apasport.az xəbər verir ki, XXVI turun son 2 matçı bu gün baş tutub. 

“Qaradağ Lökbatan” doğma meydanda "Şamaxı"nı qəbul edib. 

"Şamaxı" hesabda geri düşməsinə baxmayaraq, Emin Nəsibovun het-triki ilə matçdan qalib ayrılmağı bacarıb: 3:2.

Lökbatanlılar isə Şamaxı klubunu məğlub edəcəkləri təqdirdə cari mövsümün qalibi adını qazanacaqdı, amma bu fürsəti boşa verən "Qaradağ" turnir cədvəlində "Şamaxı"nın 1 xal gerisinə düşüb. 

Bu nəticədən sonra “Qaradağ Lökbatan” 53 xalla turnir cədvəlində ikinci, “Şamaxı” 54 xalla birinci pillədədir. 

Qeyd edək ki, "Şamaxı" son turda "Araz Saatlı" ilə qarşılaşacaq. Bölgə təmsilçisi matçdan qalib ayrılacağı təqdirdə Premyer Liqaya yüksələcək. 

"Qaradağ Lökbatan" isə elitaya yüksəlmək üçün son turda "Mingəçevir"i məğlub edib, əsas rəqibinin xal itirməsini gözləyəcək. 

16 may

Azərbaycan Birinci Liqa

XXVI tur

“Qaradağ Lökbatan” - "Şamaxı" 2:3 

Qollar: S. Fərəcov 14. (pen.), E. Zamanov 31 (pen.), 48, 53, X.Bəşirov 40 (2:1) 

0