“Şamaxı” Premyer Liqaya qayıtdı
22.05.2024 - 18:08
“Şamaxı” Premyer Liqaya qayıtdı

Bu gün Azərbaycan I Liqasında 2023-2024 mövsümü yekunlaşıb.

Apasport.az xəbər verir ki, çempionatın qalibi sonuncu turda müəyyənləşib. 

Lider "Şamaxı"ı autsayder "Araz Saatlı"nı 3:1 hesabı ilə məğlub edərək xallarının sayını 57-yə çatdırıb. Bununla da komanda 2-ci yerdəki "Qaradağ Lökbatan"ı 2 xal qabaqlayaraq 1-ci liqanın çempionu olub. Beləliklə, "Şamaxı" növbəti mövsüm yenidən elitada oynamaq hüququ əldə edib. 

22 may (çərşənbə)

1-ci liqa, 27-ci tur

16:00. MOİK – “İmişli” - 2:1

16:00. “Şamaxı” – “Araz Saatlı” - 3:1

16:00 “Mingəçevir” – “Qaradağ Lökbatan” - 2:2

16:00 “İrəvan” – “Karvan” - 3:8

16:00 “Difai Ağsu” – “Zaqatala” - 1:1

0