“Şamaxı” tarixə düşdü – 350-ci ev matçı
29.09.2025 - 10:24
Misli Premyer Liqasının VI turu “Şamaxı” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.
Qeyd edək ki, yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət
0
0