“Şamaxı”nın futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək
09.12.2025 - 22:21
“Şamaxı”nın futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək

"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Tanzaniya yığması Afrika Millətlər Kubokunda C qrupunda Nigeriya, Uqanda və Tunis yığmaları ilə mübarizə aparacaq. Turnir dekabrın 21-i start götürəcək.