“Şamaxı”nın futbolçusuna iki müştəri
04.07.2023 - 16:29
“Şamaxı”nın futbolçusuna iki müştəri

Misli Premyer Liqasını tərk edən “Şamaxı”nın futbolçusu Rauf Hüseynli iki klubla danışıqlar aparır.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sabiq müdafiəçisinin xidmətində “Qəbələ” və “Səbail” maraqlıdır.

Hər iki komandanın məşqçilər korpusu başa çatan mövsümdə “Şamaxı”nın aparıcı oyunçusuna çevrilmiş müdafiəçinin oyununu bəyənib. Onu heyətində görmək istəyən klublar Raufun hazırlıq prosesində iştirakı üçün danışıqları qısa zamanda yekunlaşdırmaq istəyir.

Qeyd edək ki, uzun müddət “Qarabağ”ın futbolçusu olan Hüseynli ötən ilin yayında Şamaxının eyniadlı təmsilçisinə keçib.

0