![Samir Abasov: "Qarabağ"ın nə qədər güclü olduğunu bilirik"](https://apasport.az/storage/news/2025/february/15/big/67b08cb5e2ee467b08cb5e2ee5173962360567b08cb5e2ee267b08cb5e2ee3.jpeg)
"Neftçi" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov komandanın oyuna hazırlığını dəyərləndirib. "CBC Sport"kanalına danışan 47 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
"Gözləntilərimiz həmişə yaxşı nəticədir, qalibiyyətdir. Başa düşürük ki, hansı səviyyədə oyundur. "Neftçi" - "Qarabağ" matçları son vaxtlar Azərbaycanın derbisidir. Düzdür, son illər statistika bizim üçün o qədər də uğurlu deyil. Amma hər şeyin bir sonu var. Ümid edirəm ki, həmin son bu oyunda olar. Rəqibi tanıyırıq, onlara hörmətimiz var, nə qədər güclü olduqlarını bilirik".
Samir Abasov qışda heyətə cəlb olunan futbolçular haqda da fikirlərini bildirib. O, yeni transferlərin oynamağa hazır olduğunu deyib:
Əsas istəyimiz o idi ki, qışda komandaya hazır futbolçuları götürək. Çünki dərhal gəlib bizə kömək etməlidirlər. Yeni transferlər oynamağa hazırdır. Amma oynayıb-oynamayacaqlarını matç günü görəcəyik. İnanıram ki, qışda heyətə cəlb etdiyimiz bütün oyunçular yaxın gələcəkdə bizə xeyir verəcək.