Samir Abasov Xavi Hernandezlə görüşəcək
24.04.2024 - 10:15
Samir Abasov Xavi Hernandezlə görüşəcək

"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Apasport.az-ın məlumatına görə, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klassiko"nu izləyib. 

Növbəti gün Barselonaya yola düşən mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. 

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub. 

Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

0
Sumqayıt Samir Abasov Barselona Real Xavi Hernandez Gerard Martinez