Saşa İliç: “Qarabağ”a qarşı uğurlu nəticə qazanmaq istəyirsinizsə…”
22.08.2025 - 21:35
Saşa İliç: “Qarabağ”a qarşı uğurlu nəticə qazanmaq istəyirsinizsə…”

Misli Premyer Liqasının II turu çərçivəsində “Sumqayıt” səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Saşa İliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür komandaya qarşı əgər uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, müəyyən oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. ÇL-də onların vacib oyunu var. Ümid edirəm ki, onlar qrupa düşəcək və bununla da mən fəxr edəcəm".

- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiz?
- Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 futbolçuya ehtiyacımız var. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.

- "Qarabağ"ın təzyiqinin artdığı vaxtda meydana Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?
- Ninkov dünyasəviyyəli oyunçudur. Sadəcə fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə tam fiziki sarıdan çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.

- "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?
- Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qyed edərdim Onunla birlikd də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.

- Üç oyunçuya ehtiyac olduğunu bildirdiz. Hansı mövqelərə lazımdı?
- Əslində, heyətimizdə oyunçular var ki, oynamalıdır. Məsələn, Süleyman. Sadəcə bilmirik vəziyyətini. Gedişata baxacağıq.

- Ötən mövsüm 11 matçda qol vurmayan "Sumqayıt" var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?
- İndiki gördüyünüz "Sumqayıt" maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyimiz səviyyəyə çataq. Komandadan istəyim çoxdur.

- Yerli futbolçuların səviyyəsindən və işə yanaşmasından razısız?
- Onlar təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəm. Kənan oynayıb, bu gün də Nihad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.

- İki oyundur ki, qalib gəlirsiz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsüz?
- Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.

- Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?
- Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ yolun başındayıq. İki turdan sonra bu haqda danışmaq çox tezdir.