"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib
22.01.2026 - 12:12
Azərbaycanın I Liqa təmsilçisi "Səbail" dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Qurban Səfərovu heyətinə qatıb.
Son olaraq "Mingəçevir"də çıxış etmiş U-21 millimizin üzvü ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
0
0