"Səbail" liderlə oyuna itkilərlə çıxacaq
03.02.2024 - 12:59
"Səbail" liderlə oyuna itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail" “Qarabağ”a qarşı keçiriləcək ev oyununa itkilərlə çıxacaq. 

"Dənizçilər"in mətbuat xidmətindən apasport.az-a daxil olan məlumata görə, “Səbail”in 4 futbolçusu qarşılaşmada iştirak etməyəcəklər. 

Səlahət Ağayev, Ağabala Ramazanov, Süleyman Əhmədov və Devid Qomis turnir lideri ilə qarşılaşmanı zədə səbəbi ilə buraxacaqlar.

Qeyd edək ki, komandanın heyətində cəzalı oyunçu yoxdur. 

0