"Səbail" "Şamaxı"nı Premyer Liqadan göndərdi - YENİLƏNİB
27.05.2023 - 22:03
"Səbail" "Şamaxı"nı Premyer Liqadan göndərdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.

Bu qarşılaşmaların hər biri finala bərabər olub. 4-cü yer uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ”nin oyunları fərqli nəticələrlə başa çatıb.

"Qəbələ" öz meydanında "Kəpəz"lə xalları yarı bölüb. Qazanılan bir xal Elmar Baxşıyevin yetirmələrinə 4-cü yeri tutaraq, avrokuboklara vəsiqə qazandırıb.

“Zirə” isə səfərdə "Sumqayıt"a böyühesabla qalib gəlib. Amma qazanılan 3 xal Rəşad Sadıqovun komandası üçün yetərli olmayıb. “Qəbələ” və "Zirə" eyni - 50 xal toplasa da, şəxsi görüşlərin nəticəsinə görə, əyalət təmsilçisi 4-cü yerdə qərarlaşıb.

Günə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan iki komandanın oyunu ilə yekun vurulub. “Səbail” - “Şamaxı” matçında meydan sahiblərinə bir xal kifayət edirdisə, qonaqlar mütləq qələbə qazanmalı idilər. Gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçən görüşün taleyini bir qol həll edib. "Səbail" Franko Mazurekin qolu sayəsində 3 xal qazanaraq, Premyer Liqadakı yerini qoruyub. Turnir cədvəlində sonuncu yeri tutan "Şamaxı" isə reqlamentə görə, növbəti mövsümdə 1-ci divizionda mübarizə aparmalıdır.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Turan Tovuz” və “Neftçi” - “Sabah” matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXVI tur
27 may (şənbə)

17:30. “Sumqayıt” – “Zirə” - 0:3
Qollar: 
Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
Baş hakim: Tural Qurbanov  
“Sumqayıt”: 13. Aydın Bayramov, 14. Elvin Bədəlov (k), 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 28. Nurlan Bayramov, 88. Həsrət Mürsəlov, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 32. Qismət Alıyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 96. Donald Gerye, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Kapital Bank Arena” 

17:30. “Qəbələ” – “Kəpəz” - 1:1
Qollar: 
İsnik Alimi, 45+4 (p.) // Zamiq Əliyev, 80
Baş hakim: Cavid Cəlilov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 21. Martins Junior
Baş məşqçi: Tərlan Əhmədov
Qəbələ şəhər stadionu

20:00.  “Səbail” – “Şamaxı” - 1:0
Qol: 
Franko Mazurek, 45+1
Baş hakim: İnqilab Məmmədov
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk
Baş məşqçi: Şahin Diniyev
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 29. Ramin Əhmədov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov
Baş məşqçi: Vüqar Əsgərli
“ASCO Arena”

1

Qarabağ

35

27

6

2

88-24

87

2

Sabah

35

25

6

4

75-23

81

3

Neftçi

35

19

8

8

62-38

65

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

35

10

9

16

35-46

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 22 qol, Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Emin Mahmudov ("Neftçi"), Aleksey Kaşuk ("Sabah") - 16 qol

0