"Səbail" uduzdu, "Qarabağ"dan uğursuz start - YENİLƏNİB
05.08.2023 - 22:56
"Səbail" uduzdu, "Qarabağ"dan uğursuz start - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, I turun ikinci gününün matçları Bakıda baş tutub.

Günə Bayılda start verilib. “Səbail” öz meydanında “Sumqayıt”la görüşüb. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Son çempion “Qarabağ” da turun ikinci günündə meydana çıxıb. Qurban Qurbanovun yetirmələri öz meydanında “Zirə”ni qəbul ediblər. Bu görüşdə də qonaq komanda uğur qazanıb. Çempionlar Liqası ilə vidalaşan Ağdam klubu bəzi əsas oyunçulara əsas heyətdə yer verməyib. Bundan istifadə edən "Zirə" 1:0 hesabı ilə qələbə qazanıb. Matçın taleyini həll edən yeganə qolu 48-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
I tur
5 avqust (şənbə)

18:30. “Səbail” – “Sumqayıt” - 1:4
Qollar:
 David Qomis, 62 - Rövlan Muradov, 27. Erik Sorqa, 67 (pen). Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76
Baş hakim: Elçin Məsiyev
Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə. 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov
4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı. 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov
Bakı. “ASCO Arena”

21:00. “Qarabağ” – “Zirə” - 0:1
Qol: 
Dmitrios Çantakias, 48
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
Bakı. “Azersun Arena”

0