“Səbail”dən ilk
29.08.2022 - 11:08
“Səbail”dən ilk

“Səbail” tarixində 5-ci dəfə Premyer Liqada böyükhesablı qələbə qazanıb. 

Apasport.az saytının məlumatına görə, bu, “Kəpəz”lə qarşılaşmaya təsadüf edib. 

Bakı klubu Misli Premyer Liqasının IV turunda 4:1 hesabı ilə qalib gəlib. “Səbail” ilk dəfə ev oyununda 4 qol vurmağı bacarıb. 

Bunadək yalnız bir dəfə rəqib qapısına 4 dəfə yol tapan bakılılar 2018-ci ildə “Sabah”la səfər matçında qalib gəlmişdi – 4:0.

0