“Səbail”in adı dəyişdiriləcək
02.09.2026 - 23:12
“Səbail”in adı dəyişdiriləcək

“Səbail”in adının “Quba” olaraq dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, dəyişiklik regionlarda futbolun inkişaf etdirilməsi və bu idman növünün kütləviliyinin artırılması məqsədi daşıyır.

Klubun açıqlamasında qeyd olunub ki, komandanın yaxın gələcəkdə Quba şəhərini təmsil etməsi böyük qürur və sevinc mənbəyidir.

Vurğulanıb ki, bu addım təkcə klubun adının dəyişdirilməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.