“Sedan”ın hücumçusu Azərbaycan klubuna gəlir
05.07.2023 - 18:00
“Səbail”in heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Aleksandr Ramalinqomun keçidini həll etməyə yaxındır.
Baş məşqçi Şahin Diniyev Fransa vətəndaşı olan Madaqaskar əsilli legioneri sərəncamında görmək istəyir. Fransada “Sedan” klubunun formasını geyinən 30 yaşlı mərkəz hücumçusu “Səbail”ə keçidə razılıq verib. Forvardın yeni klubuna Türkiyə toplanışında qoşulacağı gözlənilir.
Qeyd edək ki, Ramalinqom “Sedan”a qədər “Ayaçço”, “Bezye”, “Virton” kimi klublarda forma geyinib.
- MOİK-in baş məşqçisi: “Kim qələbə üçün döyüşsə, o da qalib gələcək”
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
- “Sumqayıt”ın üzvü “Asiya Futbol Mükafatları”na namizəddir
- U-15 millimiz yenə məğlub olub
- Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
0
0