"Şəfa" ilk transferini reallaşdırıb - RƏSMİ
08.06.2026 - 11:28
"Şəfa" 2026/27 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.
O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Qarabağ"ın yetirməsi olan oyunçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.
0
0